Globalavto : xoş gəlmisiniz
Globalavto : xoş gəlmisiniz
Hər gün: 09:00 - 19:30
1. Batareyanızı düzgün doldurmaqla onu qoruyun
Elektrik avtomobillər litium-ion batareyasına sahib olurlar. Elektrik avtomobillər orta dərəcədə doldurulduqda, yəni tutumunun 30% və 90% aralığında yaxşı işləyir. Bu o deməkdir ki, avtomobilinizi daim maksimumda və ya qırmızı rəngdə saxlamaq uzun müddətdə batareyanızın ömrünə zərər verəcək. Batareya 100%-ə çatdıqda şarj etməyi dayandırın.
Sürətli şarj sizi çətin vəziyyətlərdə anlıq xilas etsə də batareyanın ömrünü azaldır və gündəlik məsləhət görülmür. Batareyanı yavaş-yavaş doldurmaq ən doğru seçimdir.
2. Elektrik avtomobilinizi həddindən yüksək və ya aşağı temperaturdan qoruyun.
Elektrik avtomobilinin batareyasına zərər vurmağın ən asan yollarından biri onu daim həddindən artıq yüksək və ya çox aşağı temperatura məruz qoymaqdır.
Mülayim iqlimi olan yerdə yaşadığınız zaman bu problem olmaya bilər, lakin ara-sıra qar, istilik dalğaları və ya digər dəyişkən hava şəraitində yaşayanlar elektrik avtomobillərinin uzunömürlü olması üçün xüsusi tədbirlər görməlidirlər. Hətta yüksək temperatur anında avtomobili kölgədə saxlamaq və ya soyuq gecələrdə qarajda saxlamaq kimi sadə tədbirlər elektrik avtomobilinizi qorumağa kömək edə bilər.
3. Səfərinizi öncədən planlaşdırın
Azərbaycanda elektrik avtomobillərinin geniş istifadəsi üçün yanacaq doldurma məntəqələrində elektromobillərin şarj olunması üçün avadanlıqlar quraşdırılmışdır. Ancaq hər hansı bir yerə səfər etmədən öncə həmin ərazidə şarj stansiyalarının harada olduğunu dəqiqləşdirməyiniz səyahətinizin rahatlığı üçün vacibdir.
4. Təklif olunan üstünlüklərdən yararlanın
Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilir. 2022-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı vergi ödəməkdən azad ediləcək.
© Globalavto Saytı hazırladı 166Tech Agency