Globalavto : xoş gəlmisiniz

Hər gün: 09:00 - 19:30

Təkər təmiri

Təkər təmiri - tullantılar, kəsici və digər xarici amillərin təsiri nəticəsində istifadəyə yararsız hala düşmüş təkərlərin yenidən bərpası üçün təkər təmiri həyata keçirilir. Təkərin təmir edilib-edilə bilməyəcəyini usta müəyyən edir.

Qüsurlu təmir: Şini təmir etmənin səhv yollarından biri “fitil” və yaxud icəridən yamaq qoymaqdır. Bu zaman şindən kənara hava çıxmasının qarşısı alınır. Lakin həmin dəlikdən içəri daxil olan nəm şin tellərinin tez bir zamanda korroziyaya uğramasına səbəb olur. Və bir müddət sonra şində arzuolunmaz fəsadlar meydana gəlir.

Doğru təmir: Düzgün təmir yalnız göbələk və ya çətir yamaq vasitəsilə həyata keçirilə bilər. Belə bir təmir zamanı əvvəlcə deşilmiş sahə genişlənir və təmizlənir, sonra yamaq içəridən çölə doğru yerləşdirilir. Bu zaman həm hava sızmasının qarşısı alınır, həm də təkərin nəmlənməsi təhlükəsi aradan qalxır.

Təkərlərin təmirinə gəldikdə: istifadə edilən avadanlıqların yüksək keyfiyyətli və təmiri həyata keçirən ustanın təcrübəli olması çox vacibdir. Globalavto-da təkərlər təhlükəsiz və keyfiyyəli təmir olunur. İşinizi şansa buraxmayın, peşəkarlarla daha rahat olun!

© Globalavto Saytı hazırladı 166Tech Agency