Globalavto : xoş gəlmisiniz
Globalavto : xoş gəlmisiniz
Hər gün: 09:00 - 19:30
Avtomobil sürənlərin heç də hamısı onun ehtiyat hissələri haqda ətraflı məlumata sahib deyil. Avtomobil çox mürəkkəb texnoloji cihazdır. Burada bir detal digərlərinə təsir edir. Bu isə o deməkdir ki, hansısa ehtiyat hissə sıradan çıxarsa, digər ehtiyat hissələri üçün də problem yarana bilər.
Hər bir ehtiyat hissəsinin öz xidmət müddəti və ya yürüşü olduğu üçün avtomobil sahibi zaman-zaman ehtiyat hissələrinin sıradan çıxması problemi ilə rastlaşır. Ancaq avtomobil sənayesi uzun illərdir inkişaf etsə də, tez-tez sıradan çıxan və ya ən çox istifadə olunan ehtiyat hissələrinin siyahısı çox da dəyişilməyib. Bamper, güzgü, fara və pəncərə şüşələri tez-tez avtoservislərdə dəyişdirilir. Maraqlıdır ki, bu detallar ən çox tələb olunanlar arasında deyil.
Ən çox tələb olunan ehtiyat hissələr sırasında QRM kəmər, yəni zamanlama kəməri var. Bu ehtiyat hissəsi sürücülər üçün hər zaman ən çox tələb olunan ehtiyat hissəsi olaraq qalır. QRM kəmər 50.000 km sürüşdən sonra köhnəlmiş hesab olunur. Digər tərəfdən, orta xidmət müddəti qısadır.
"Sveça", yəni, alışdırma şamları benzin mühərrikinin silindrlərindəki yanacaq və hava qarışığını alovlandırmaq üçün lazımdır. Dizel mühərriklərində alışdırma şamlar yoxdur. Orada qarışıq sıxılma zamanı istilikdən alovlanır. Sveça dediyimiz alışdırma şamlar alovlanma sisteminin "icraedici" mexanizmidir.
Avtomobillərin ehtiyat hissələri arasında ən çox tələb olunanlar sırasında "nakladka", yəni əyləc bəndləri də var. İdarə etdiyi avtomobilin markasından asılı olmayaraq, hər sürücü zaman-zaman "nakladka"ları dəyişmək məcburiyyətində qalır. Əyləc bəndləri sürücünün və sərnişinlərin təhlükəsizliyinin birbaşa asılı olduğu əyləc sisteminin ən vacib komponentidir.
Avtomobil ehtiyat hissələri arasında vacibliyinə görə ilk 5-likdə akkumlyatorlar da yer alır. Akkumulyatorlar orta hesabla 300-1000 dəfə doldurulub boşaldılır, nəticədə tutum və doldurulma müddəti itir.
Hava və yağ filterləri də ən vacib ehtiyat hissələr sırasındadır. Hava filteri hər hansı həşərat, toz, hissəciklər, qum və ya zibilin mühərrikin yanma kamersına daxil olmasının qarşısını alır. Çirkli hava filteri mühərriyi oksigenlə təmin edə bilmir. Bu isə öz növbəsində avtomobilin performansına təsir edir. Dəyişdirilmə intervalı əsasən yerli şəraitlə bağlıdır.
© Globalavto Saytı hazırladı 166Tech Agency