Globalavto : xoş gəlmisiniz

Hər gün: 09:00 - 19:30

Avtomobil üçün ehtiyat hissə alarkən nəyə diqqət edilməlidir?

Avtomobil üçün ehtiyat hissə alarkən nəyə diqqət edilməlidir?

fabrik buraxılışında üzərində olan ehtiyat hissələri və aksessuarlarının mütləq şəkildə bir vəzifəsi vardır. Bəziləri sırf rahatlıq üçün olsa da, bəziləri məhz təhlükəsizlik məqsədilə avtomobilə yerləşdirilir. Ona görə də avtomobiliniz üçün hansısa aksesuar və ehtiyat hissəsi alarkən diqqətli olmaq lazımdır. Məsələn, Kia ehtiyat hissəsini Mercedes markalı maşına əlavə etmək istəsəniz və ya əksinə Mercedes ehtiyat hissələrini Kia markalı hər hansısa avtomobilə əlavə edilərsə, o zaman təhlükəsizlik baxımından hər hansısa səhvə yol vermiş ola bilərsiniz. Ona görə də bu məsələdə olduqca diqqətli və məlumatlı olmaq lazımdır.
Yeni və ya ikinci əl avtomobil alsanız da, bir müddətdən sonra köhnəlmə, şəxsi maraq və ya ən pis halda qəza səbəbi ilə bəzi orijinal hissələri dəyişdirilməli ola bilərsiniz. Bu zaman ehtiyat hissələri və ya avto aksessuarlara ehtiyacınız ola bilər.
Avtomobil üçün ehtiyat hissəsi alarkən bir neçə nüansa diqqət etmək lazımdır:
1. Maşın ehtiyat hissələri alanda orijinal olmasına diqqət etmək lazımdır. Bunun iki əsas səbəbi var. Birincisi maşınınızı daha sonra satmaq istəsəniz bu bazar qiymətinə təsir edəcək. Digər səbəb isə orijinal ehtiyat hissələrinin kasko sığortası zamanı avantajlı olmasıdır.
2. Ehtiyat hissələri aldığınız mağazanın və ya istehsalçı firmanın məhsula görə zəmanət verməsinə diqqət edin.
3. Almaq istədiyiniz ehtiyat hissəsinin avtomobilinizə uyğun olub-olmamasına fikir verin.
4. Şəxsi maraq və zövqünüzə uyğun olaraq alacağınız ehtiyat hissəsi avtomobilin performansına, təhlükəsizliyinə və rahatlığına təsir edə bilər.

© Globalavto Saytı hazırladı 166Tech Agency