Globalavto : xoş gəlmisiniz

Hər gün: 09:00 - 19:30

Mexaniki idarə olunan maşınların üstünlükləri

Mexaniki idarə olunan maşınların üstünlükləri

Mexaniki idarə olunan Avtomobillərin sayı gündən-günə azalmaqdadır. Bunun səbəbi başadüşüləndir - üç pedallı avtomobili idarə etmək yeni nəsil sürücülərə daha çətin gəlir. Amma mexaniki idarə olunma sistemini peşəkarcasına öyrənəndən sonra avtomatik idarəolunma bəzi insanlara sadə görünür.
Avtomat avtomobillərə üstünlük verilmənin əsas səbəbi idarəetmənin rahatlığı, pedalların sayının az olmasıdır. Avtomobil qiymətlərində bu amil təsir edir.
Ancaq razılaşaq ki, mexaniki idarə olunan maşınların digər üstünlükləri də mövcuddur. Bu yazıda məhz həmin üstünlüklərdən bəhs edəcəyik.


İlk növbədə mexaniki ötürücülü maşınlar daha ucuz olur. Yəni maddi baxımdan sərfəli qiymətə maşın almaq fikrindəsinizsə, yaxşı olar ki, birinci mexaniki ötürücülü avtomobillərə nəzər salasınız. Detal, ehtiyat hissə baxımından da avtomatik idarəolunma sistemi ilə müqayisədə mexaniki idarə olunan maşınlar daha etibarlı sayılır. Çünki mexaniki ötürücü xarab olduqda onu münasib qiymətə başqası ilə əvəzləmək mümkündür. Avtomatik idarə olunan avtomobillərdə isə bunu etmək çox xərc tələb edir.


Əlbəttə ki, əksər sürücülərin diqqət etdiyi əsas məqamlardan biri yanacağa qənaət məsələsidir. Mexanika yanacağa qənaət edir. Qaz pedalından düzgün istifadə etdikdə litrlərlə yanacağa qənaət etmiş olacaqsız. Hətta naşı sürücü belə, avtomat ötürücü ilə müqayisədə 10-15% qənaət edir.
Mexaniki ötürücü əyləci qoruyur. Bu da o deməkdir ki, əyləc pedalını və diskini tez-tez dəyişməyə gərək qalmayacaq ki, bu da bir qənaətdir. Mexaniki ötürücü həmişə işlək vəziyyətdə olur. Hətta çökmüş akkumlyatorda belə mexanikanı işlətmək olur - maşını hərəkətə gətirir, avtomatda isə bu, mümkün deyil. Yaxud mexaniki maşını buksirə qoşmaq olur, avtomatı isə olmur.


Odur ki, sərfəli qiymətə avtomobil axtararkən yaxşı olar ki, bu məqamları da nəzərə alasınız. Dünyanın ən tanınmış avtomobil markaları belə, çalışırlar ki, həm avtomatik, həm də mexaniki idarə olunan maşınlar istehsal etsinlər. Bu isə o deməkdir ki, mexanika maşınlara maraq hələ də qalmaqdadır.

© Globalavto Saytı hazırladı 166Tech Agency